10 C
Baku
Saturday, November 23, 2024

Türkiyənin yeni “Togg” avtomobilinə bir sutkada 22 mindən çox sifariş gəldi – QİYMƏT

Türkiyənin ilk yerli avtomobili “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. “Togg T10X” modeli üçün ilk 24 saatda 22 min 150 sifariş qəbul olunub.

Sifariş prosesi başa çatdıqdan sonra martın 28-də rəqəmsal tiraj keçiriləcək. Bu il cəmi 20 min avtomobilin təhvil verilməsi planlaşdırılır.

“Togg”un ən ucuz modeli olan T10X-un qiyməti 953 min TL-dir.

2022-ci ildə kütləvi istehsalına başlayan “Togg”un ilk tədarükü aprel ayında olacaq.

Son xəbərlər
Digər xəbərlər