Bu ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş şəxslərin 1.7%-ni Azərbaycan vətəndaşları təşkil edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istindən xəbər verir.
Məlumata görə, 8 ay ərzində Azərbaycandan Türkiyəyə 557 449 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur
Təkcə avqust ayında isə Türkiyəyə Azərbaycandan 121 114 nəfər gedib ki, bu da 1 il əvvələ nisbətən 58.4% çoxdur. Azərbaycan vətəndaşları ümumi turist axınında 1.8% paya malik olub.
Yanvar-avqustda Türkiyəyə ümumilikdə 33.427 milyon nəfər (illik müqayisədə 13.9% çox), təkcə ötən ay isə 6.661 milyon nəfər (5.6% çox) səfər edib.
Türkiyəyə ən çox Rusiyadan (4.351 milyon nəfər; 44.8% çox) ziyarətçi gəlib. Onu Almaniya (4.083 milyon nəfər; 6% çox) və Böyük Britaniya (2.652 milyon nəfər; 12.4% çox) izləyib.
Avqustda isə Türkiyəyə ən çox Almaniyadan (871.3 min nəfər; 1.5% çox), Rusiyadan (852.6 min nəfər; 5.7% çox) və Böyük Britaniyadan (588.4 min nəfər; 6.9% çox) insan gəlib.