Cari ilin yeddi ayında Türkiyəyə rekord sayda turist gəlib.
Bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, bu ilin yanvar-iyul aylarında Türkiyəyə 30 milyondan çox turist səfər edib ki, onlardan 26 milyon 766 min 240 nəfəri əcnəbi, 3 milyon 327 min 206 nəfəri isə ölkənin xaricdə yaşayan vətəndaşlarıdır. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz təşkil edib.
Vətəndaşları Türkiyəyə səfər edən ölkələrin siyahısında birinci yeri Rusiya Federasiyası tutub – demək olar, 3,5 milyon nəfər. Artım 59,22 faiz təşkil edib.
İkinci və üçüncü yerləri Almaniya, Böyük Britaniya tutur – müvafiq olaraq 3 211 724 və 2 063 740 turist. Ötən illə müqayisədə göstərici 7,32 və 14 faiz artıb.
Əvvəllər rekord 2019-cu ildə qeydə alınıb və 26,5 milyon nəfər təşkil edib.