“Zəlzələdən zərər çəkmiş ölkələrə humanitar və xilasedici yardımların göstərilməsi müzakirə edilir.Ermənistan tərəfi artıq dəstək verməyə hazır olduğunu bəyan edib, hazırda zərərçəkmiş ölkələrə humanitar və xilasetmə yardımının göstərilməsi müzakirə edilir”.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Ermənistanın baş naziri Türkiyədə Suriya ilə sərhəddə qeydə alınan dağıdıcı zəlzələ ilə bağlı hər iki ölkəyə başsağlığı verib . Nikol Paşinyan da tvitində kömək etməyə hazır olduğunu bildirib.
Son məlumatlara görə, Suriyada dörd erməni, Türkiyənin Malatya şəhərində isə iki etnik erməni ölüb. Ümumilikdə, qurbanların sayı 2000-ə yaxınlaşır.