Türkmənistan prezidenti hər bir qadına 17 dollar verəcək

0

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt və əyalət administrasiyalarının rəhbərlərinə qadınlara 8 Mart münasibəti ilə hədiyyə verməyi tapşırıb.

 Bu il qadınların pul şəklində aldığı hədiyyənin məbləği 17 dollar təşkil edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Prezidentin hədiyyəsinin təqdimolunma mərasimi Türkmənistanın dövlət televiziyası ilə yayımlanır. Bu il ölkənin azyaşlı qızlarına da hədiyyə veriləcək.

2011-ci ildən etibarən, Qurbanqulu Berdiməhəmmədovun  tapşırığı ilə dövlət müəssisələrində işləyən, ali və orta məktəblərdə oxuyan, eləcə də  müavinət alan və pensiyaçı qadınlara  8 Mart  Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə verilir.