17 C
Baku
Saturday, May 18, 2024

Türkmənistan Prezidenti ölkədə koronavirusun olmadığını bir daha bəyan edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə bu günə qədər yeni növ koronavirus (COVID-19) yoluxma halının qeydə alınmadığını bəyan edib.

Türkmənistan dövlət başçısı bununla belə COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin görülməsini sürətləndirməyi tapşırıb.

“Bu gün deyə bilərəm ki, Türkmənistanda aparılan genişmiqyaslı işlər nəticəsində koronavirusa yoluxma halları aşkar olunmayıb. Amma biz rahatlanmalı deyilik, çünki bir çox ölkələrdə bu virusun təhlükəli Omicron ştamı peyda olub”, – Q. Berdiməhəmmədov vurğulayıb.

Türkmənistan postsovet məkanında koronavirusa yoluxma hallarının rəsmi qeydə alınmadığı yeganə ölkədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər