8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Türkmənistan Prezidenti Vahid Ələkbərovla “Lukoil”un Xəzərdəki layihələrinin icrasını müzakirə edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov Xəzər dənizindəki layihələrin həyata keçirilməsini və Xəzərdə karbohidrogen hasilatını müzakirə ediblər.

TASS-ın verdiyi məlumata görə, görüşdə Vahid Ələkbərov “Lukoil”ın Türkmənistanla gələcək əməkdaşlığa olan marağını və Rusiyadan olan ortaqlarının Türkmənistanda həyata keçirilən genişmiqyaslı enerji proqramlarında fəal iştirak etmək niyyətini təsdiqləyib.

Azərbaycanda bu il 2,6 ton qızıl, 3,5 ton gümüş istehsal olunub
OPEC Baş katibi koronavirusun yeni ştammlarının neft bazarına təsir etdiyini bildirib
Baş nazir Gürcüstanın Türkiyə ilə sərhəddə dəmir yolu tikintisini başa çatdırmasını vacib sayıb
Öz növbəsində, Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan böyük resurs və iqtisadi potensialın olduğu yanacaq və enerji sektorunda məhsuldar əməkdaşlığa hər zaman açıqdır.

Bu ilin iyun ayında V. Ələkbərov bildirib ki, “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.

Bu ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yatağın neft ehtiyatlarının təqribən 60 mln. ton, təbii qaz ehtiyatlarının isə 100 mlrd. kubmetr olduğu güman edilir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X