12 C
Baku
Sunday, October 27, 2024

Türkmənistan vətəndaşlarını Gürcüstandan Azərbaycan vasitəsilə təxliyə edəcək

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 50 Türkmənistan vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunacaq.

Təxliyə oktyabr-noyabr aylarına təyin olunub.

Vətəndaşlardan ibarət qrup avtobuslar vasitəsilə Azərbaycandan tranzit keçməklə Türkmənbaşı-Ələt-Türkmənbaşı marşrutu üzrə hərəkət edən gəmi ilə Türkmənistana yola salınacaq.

Vətənə çatan kimi onlar 14 günlük karantinə alınacaqlar.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər