29 C
Baku
Thursday, July 25, 2024

Türkmənistandan Azərbaycana İrandan keçməklə gündəlik 7 milyon kubmetr qaz nəql olunur

Hazırda Türkmənistandan gündəlik Azərbaycana svop qaz tədarükü sazişi çərçivəsində İran ərazisindən keçməklə qaz tədarükünün həcmi 7 milyon kubmetr təşkil edir.

Bu barədə İranın Milli Qaz Şirkətinin (NIGC) rəsmi nümayəndəsi Məhəmməd Rza Colayi məlumat verib.

“Hazırda (İrana – İF) svop qaz tədarükü sazişi çərçivəsində qonşu Türkmənistandan (gündəlik – İF) 10 milyon kubmetr qaz idxal olunur, bunun 7 milyon kubmetri Azərbaycana nəql edilir”, – cümə günü Tasnim agentliyi Məhəmməd RzaColayinin sözlərindən sitat gətirib.

Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur.

2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci arasında Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən İran ərazisi ilə Azərbaycana nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.

Son xəbərlər
Digər xəbərlər