13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Türkmənistanın xarici işlər naziri Əfqanıstana səfər edib

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Əfqanıstana səfər edib.

“Baktar” agentliyinin verdiyi xəbərə görə, Kabil hava limanında türkmənistanlı naziri Talibanın müvəqqəti hökumətində Əfqanıstanın xarici işlər naziri təyin edilmiş Əmir Xan Möttəki, Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid və digər yüksək vəzifəli Taliban üzvləri qarşılayıb.

Türkiyədə bu gün koronavirusdan 223 nəfər ölüb
İranda sel daşqınlarında iki nəfər ölüb
Daha sonra Meredov və Möttəki arasında görüş keçirilib.

Qeyd edək ki, bir neçə gün öncə Türkmənistan XİN rəhbəri beynəlxalq ictimaiyyəti Əfqanıstan iqtisadiyyatının bərpasına kömək etməyə çağırıb və Aşqabadın Kabilin iştirakı ilə regional layihələrin həyata keçirilməsinə yardım etməyə hazır olduğunu bildirib.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X