Azərbaycan Türkmənistana satdığı ağ şəkərin həcmini 2024-cü ilin ilk üç rübündə 24.96 min tona çatdırmaqla 17.63 milyon ABŞ dolları valyuta əldə edib.
Banker.az xəbər verir ki, Türkmənistan Azərbaycan şəkərinin əsas müştərisidir. Türkmənistan ölkənin şəkər alıcısı kimi 60 faiz paya sahibdir.
Eləcə də həmin ölkədə ən iri şəkər tədarükçüsüdür. Məsələn, 2023-cü ildə Türkmənistan xaricdən 27.41 min ton şəkər almışdı və bunun da 21 min tonu Azərbaycanın payısa düşürdü.
Bununla belə, Mərkəzi Asiya son illərdə ağ şəkərin idxalını öncəki illərlə müqayisədə azaldıb. Azərbaycan 2010-2020-ci illər ərzində Türkmənistana hər il 25-50 min ton aralığında şəkər satırdı. Ölkənin ümumi idxalındakı azalma ölkəmizlə də ticarətə təsir edib. Bu ölkənin ikinci ən iri şəkər tədarükçüsü Hindistandır.
Ağ şəkərin bir tonunun qiyməti keçən il Türkmənistana orta qiymətlə 721 dollara satıkırdısa, bu il 14 dollar ucuz, 706 dollara satılır.
Bu il Azərbaycan xaricə ümumilikdə 41.59 min tonluq və ya 31.82 mln. dollarlıq şəkər ixrac edib. Ölkənin digər əsas ağ şəkər alıcıları Özbəkistan (12.67 min ton) və Tacikistan (2.88 min ton) kimi Mərkəzi Asiya ölkələridir.