Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 mlrd. kubmetrdən çox qaz tədarük edilib.
Bunu ölkə prezidenti Sərdar Berdiməhəmmədov deyib.
Türkmənistan-Çin əməkdaşlığının ən perspektivli sahələrindən danışan Türkmənistan lideri yanacaq-energetika sektorunu xüsusi qeyd edib.
“2009-cu ilin sonunda istifadəyə verilən Türkmənistan-Çin qaz kəməri Asiya qitəsində həyata keçirilən ən böyük müştərək enerji layihəsinə çevrilib. Bu günə kimi onun vasitəsilə 350 mlrd. kubmetrdən çox təbii qaz tədarük edilib”, – Sərdar Berdiməhəmmədov vurğulayıb.