9 C
Baku
Thursday, December 12, 2024

Türkmənistan da İranla sərhədini tamamilə bağladı

İranda Covid-19 virusunun yayılması ilə bağlı Türkmənistan da bu ölkə ilə sərhədlərini tamamilə bağladığını elan edib.

Ölkənin İranla sərhədi yüklərin və insanların keçidi üçün tamamilə bağlanıb. İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində növbə çəkən türkmən sərhədçiləri qoryucu tibbi maska və respiratorlar istifadə edir.

Türkmən tərəfi İranın Aşqabaddakı səfirini XİN-ə çağıraraq ondan xahiş edib ki, iranlı sərhədçilər ölkənin sərhədyanı kəndlərinin sakinlərini neytral zolağa yaxın buraxmasın və orada heyvan otarılmasına icazə verməsin. Xəbərdarlıq olunub ki, iranlıların neytral zonada görünməsi halında türkmən sərhədçiləri havaya xəbərdarlıq atəşi acaçaq, bu kömək etməyə pozucunun ayağına atəş açılacaq.

Türkmənistana ərzaq malları əsasən İrandan daşındığına görə hakimiyyət tapşırıq verib ki, bazarlarda və mağazalarda ərzaq mallarının bahalaşmasına imkan verilməsin, hökumət idxal edilən ərzaqların qıtlaşmasına qarşı tədbirlər görsün.

Habelə İranla sərhəd zonada koronavirusa yoluxma şübhəsi olanların yerləşdirilməsi üçün karantin zonaları yaradılır.

Xatırladaq ki, bundan əvvəl Türkiyə, Ermənistan, Əfqanıstan və İraq da İranla sərhədlərini bağlayıb. Azərbaycan isə hələlik sərhəddə “nəzarəti gücləndirməklə” kifayətlənir.

Digər xəbərə görə Qazaxıstan da İranla hava əlaqələrini dayandırıb, habelə İrandan qayıdan ölkə vətəndaşlarını karantinə yerləşdirir. Koronavrus epidemiyasına görə regionda yaranmış dramatik vəziyyət getdikcə dərinləşir.

©Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər