Türkmənistan Hava Yolları aviaşirkəti avqustun 1-dən Moskvaya uçuşları dayandırdığını açıqlayıb.
Bu barədə şirkətin saytında məlumat verilib.
Qeyd olunur ki, bunun əvəzinə Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşlar həyata keçiriləcək.
Aviaşirkətin bildirdiyinə görə, bu qərar “Moskva hava zonasında hava vəziyyəti” ilə əlaqədar qəbul edilib.