Azərbaycan 2024-cü ilin ilk 11 ayında Türkmənistandan 161.5 min ton həcmində xam neft idxal edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, idxal edilmiş xam neftin dəyəri 90.824 milyon ABŞ dolları təşkil edib.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya ölkəsindən 19.65 min tonluq xam nefti 9.819 mln. dollar təşkil edib.
Türkmənistan Azərbaycana keçən ilin ilk on bir ayında bir tonunu 562 dollara və ya bir barelini 76.5 dollara satıb. Halbuki, 2023-cü ilin eyni dövründə bir ton üçün qiymətlər 576 dollar ( 78.3 dollar/barel) idi.
Azərbaycan özü həmin müddətdə neftin bir tonunu xaricə 617 dollara satmışdı.
Digər Mərkəzi Asiya ölkəsi Qazaxıstandan neft idxal 2024-cü ilin mayından bu tərəfə bərpa edilməyib. Sonuncu dəfə yanvar-may ayları ərzində Qazaxıstan Azərbaycana 34.59 min ton xam nefti 22.829 mln. dollara satmışdı.