18 C
Baku
Friday, November 22, 2024

Türkmənistan ötən il 80 mlrd. kubmetrdən artıq qaz hasil edib

Türkmənistanda 2023-cü ildə təbii qaz hasilatı 80,6 milyard kubmetrdən çox, neft hasilatı isə 8,3 milyon ton təşkil edib.

Bu məlumatları 2023-ci ilin yekunlarına həsr olunmuş hökumətin geniş tərkibdə keçirilən iclasda Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov təqdim edib.

“2023-cü ilin sonunda sənaye sektorunda sabit artım müşahidə olunub. O cümlədən, təbii qaz hasilatı 80 618,7 milyon kubmetr, neft hasilatı 8 milyon 316,7 min ton təşkil edib”, – məlumatda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər