9 C
Baku
Friday, December 13, 2024

Türkmənistan Prezidenti: “Biz qardaş ölkələrik, qonşularıq”

“Mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir”.

Bu sözləri Türkmənistanda Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib.

“Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Türkmənistanın sədrliyi dövründə İƏT-in nüfuzunu artıran Qətnamə qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər