22 C
Baku
Thursday, April 25, 2024

Türkmənistan Prezidenti oğlunu nazir müavini vəzifəsindən azad edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdar Berdiməhəmmədovu ölkənin xarici işlər nazirinin müavini vəzifəsindən çıxarıb.

“Report” “Türkmənistan bu gün” rəsmi dövlət agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov fərman imzalayıb.

Prezident digər qərarla oğlunu Axal vilayəti hökumət başçısının müavini təyin edib.

Axal vilayətinin adı əvvəllər Aşqabad olub. Bu, vilayətin mərkəzi əvvəlcə Aşqabad şəhəri idi. Bir müddət sonra ölkə paytaxtı ayrıca inzibati ərazi vahidi elan edilib. Axal vilayətinin mərkəzi hazırda Annau (Buqdaylı) olub.

Prezidentin bu vilayəti ötən ilin noyabrında açıqlayıb. Axalda yeni inzibati mərkəzi tikiləcək. Qurbanqulu Berdiməhəmmədov ideyasına əsasən, bu vilayət Aşğabaddan az cazibəli olmayacaq.

Sərdar BerdiməhəmmədovSərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. 2016 və 2018-ci illərdə Türkmənistan parlamentinin deputatı seçilib. 2018-ci ilin yazında prezident oğlu Sərdarı xarici işlər nazirinin müavini təyin edib. O, Rusiya paytaxtı Moskva və İsveçrənin Cenevrə şəhərində təhsil alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər