17 C
Baku
Friday, May 3, 2024

Türkmənistan qazının Avropaya nəqli üçün İşçi qrup yaradılacaq

Türk Dövlətləri Təşkilatı əməkdaşlığımızın ən vacib formatıdır. Digər tərəfdən Azərbaycan ilə fərqli mexanizmlər çərçivəsində effektiv addımlar atırıq.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir: “Azərbaycan təbii qazını Cənubi Qaz Dəhlizi və TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupu yaratmaq qərarını verdik. Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər