“Biz Türkmənistan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin ötürülməsi üzərində işləməyə hazırıq”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avzada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır.
Ərdoğan, həmçinin, üç ölkə ərazisindən keçən Orta Dəhlizin də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq”.