8 C
Baku
Thursday, December 12, 2024

Türkmənistan və Azərbaycan arasında Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkilə bilər

“Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər”.

Bu sözləri Türkmənistanda keçirilən “Türkmentel – 2022” Beynəlxalq Sərgi və Elmi Konfransında iştirak edən “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev deyib.

“Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, – deyə Fuad Allahverdiyev bildirib.

Qeyd olunur ki, bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .

Son xəbərlər
Digər xəbərlər