13 C
Baku
Monday, November 3, 2025

Türkmənistan Xəzər dənizi vasitəsilə elektrik enerjisi ixrac etməyə hazırlaşır

Hazırda Xəzər dənizinin Türkmənistan sahilində tikilməkdə olan buxar-qaz elektrik stansiyası Türkiyə Respublikası da daxil olmaqla qonşu ölkələrə və oradan da digər dövlətlərə elektrik enerjisi ixracına imkan verəcək.

Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Çalık Holding” şirkətlər qrupu İdarə Heyətinin sədri Ahmet Çalık ilə görüşündə bildirib.

Türkmənistan Prezidenti əmin olduğunu bildirib ki, “Çalık Holding” Türkmənistanda milli əhəmiyyətli layihələri bundan sonra da effektiv şəkildə həyata keçirəcək, ən müasir tələblərə cavab verən yeni texnologiyalar və avadanlıqlar tətbiq edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər