2018-ci il, fevralın ilk günlərindən başlayaraq Türkmənistanda benzinin qiyməti artırılıb.
A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (bundan əvvəl 0,94).
Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir.
Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib.
©BakuPost