Bu gün Türkmənistan parlamentinin iki palatasının – Xalq məsləhəti (yuxarı palata), Məclis (aşağı palata) və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə iclas keçiriləcək.
İclasda hakimiyyət orqanlarının yenidən təşkili müzakirə olunacaq.
Bundan əvvəl parlamentin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov Nümayəndələr Palatasının (Halk Maslahatı) ləğv edilməsini və qanunverici orqanın (Milli Gengeş) birpalatalı parlamentə çevrilməsini təklif edib.