Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.
Yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.
MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi səsvermədə iştirak edib.
Xatırladaq ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Yeni prezidentinin andiçmə mərasimi martın 19-da keçiriləcək.
Prezident vəzifəsinə 9 nəfər – üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyini irəli sürülüb.