3 C
Baku
Saturday, December 14, 2024

Türkmənistanda yeni şəhərin açılışı olacaq

İyunun 29-da Türkmənistanda Arxadağ adlı yeni şəhərin açılışı olacaq.

Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq.

Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq (birinci mərhələdə – 43 min nəfər). Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib (hətta paytaxt Aşqabad belə statusa malik deyil).

Türkmənistanın paytaxtından 30 km aralıda yerləşən Arxadağ şəhərinin tikintisinə türkmən xalqının ümummilli lideri, Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2019-cu ildə başlanılıb. Arxadağın “ağıllı şəhər” sistemi əsasında idarə olunması planlaşdırılır. Şəhər ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edəcək, ağıllı dayanacaqlar, günəş panelləri yaradılacaq.

Son xəbərlər
Digər xəbərlər