11 C
Baku
Tuesday, December 23, 2025

Türkmənistanda yeni tədris ili oktyabr ayına təxirə salınıb

Türkmənistanda infeksiya xəstəliklərinin qarşısının alınması məqsədilə məktəblər oktyabrın 1-dək bağlı olacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Qeyd edək ki, ölkədə COVID-19-a yoluxma hadisəsi yoxdu.

Müəllimlər də təhsil müəssisələrinə yalnız birinci sinifdən altıncı sinfə qədər şagirdlərin dəvət edildiyini vurğulayıblar. Onlar bu həftənin sonuna qədər dərslərdə iştirak edəcəklər, sonra isə oktyabrın 1-dək tətilə çıxacaqlar. VII-XI sinif şagirdləri dərhal oktyabrın 1-də dərslərinə başlayacaqlar.

Ölkənin orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinə dərslərin başlaması barədə bir qədər sonra məlumat veriləcək.

Rəsmi olaraq yoluxma hallarının olmamasına baxmayaraq, keçən yay Türkmənistanda təhlükəsiz məsafə və maska rejimi məhdudiyyətləri tətbiq edilmişdi. Bu ilin aprel ayında bəzi məhdudiyyətlər ləğv edilmişdi. Hal-hazırda bütün məhdudiyyətlər qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər