0 C
Baku
Friday, February 28, 2025

“Turkmenistan Airlines” Aşqabaddan Moskvaya reyslərin dayandırılması müddətini uzadıb

“Turkmenistan Airlines” hava yolları şirkəti Aşqabad-Moskva istiqamətində hava reyslərini dayandırıb.

Bu haqda aviaşirkətin “Telegram” kanalında məlumat dərc olunub.

“Türkmənistan aviaşirkəti xəbər verir ki, Aşqabad-Moskva-Aşqabaq marşrutu üzrə müntəzəm reyslər 31.03.2025-ci ilə qədər təxirə salınır”, – deyə aviadaşıyıcının bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında “Turkmenistan Aİrlines” yanvar ayının sonuna qədər Rusiyaya reysləri dayandırmışdı.

Belə bir qərar 25 dekabr 2024-cü ildə Azərbaycanın AZAL aviaşirkətinə aid sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması fonunda qəbul olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər