Müəllif: Babək Musa-zadə və Həmid Ağayev
Təqribən 3 ay əvvəl ikimiz söhbətləşərkən, Azərbaycanda sosial şəbəkələrdə, özəlliklə facebook-da olan turoperatorlarımızın səhifələrindən sözümüz düşdü.
Və ortaq qərara gəldik ki, bu səhifələri vahid bir ünvandan izləyə bilmə imkanı hər bir potensial turistə rahat olar. Çünki,artıq potensial turist bir-bir turoperatorların səhifələrini axtarıb onların təkliflərini dəyərləndirmək əvəzinə vahid bir səhifədən əksər turoperatorlarımızı izləmə imkanı əldə edirdi. Aydındır ki,bu hər bir izləyiciyə daha rahatdır həm vaxt baxımından qazanmaq üçün, həm turlardan xəbərdar olmaq üçün, həm də ən əsası qiymətləri (turoperatorların təklif etdiyi turların qiymətlərini) müqayisə edib özünə uyğun olanı əldə etməsi üçün. Bu fikirlə, 2 ay əvvəl TURAGENT adında bir səhifə yaratdıq və əksər sayılıb-seçilən turoperatorların maraqlı tur təkliflərini səhifəmizdə paylaşmağa başladıq. Dolayısı ilə, turoperatorların səhifələrini “interest list”-mizə “add”etdik və məhz buna görə onları daha yaxından izləməyə imkanımız oldu. Turoperatorlarımızı yaxından izlədikcə də “niyə turizm adına faydalı şeylər etməyək?” deyə düşündük və bu yazını yazmaq qərarına gəldik.
Bu yazımızda biz facebook-da “like”-bəyənmə sayına görə ilk olan 10 turoperatorumuzun səhifələrini ətraflı analiz etdik və ortaya maraqlı nəticələr çıxdı. Söhbət facebook-da fəaliyyət göstərən səhifələrdən gedirsə, sıralayarkən ən obyektiv sıralama like-a görə sıralama olmalıdır, fikrimizcə.Bir önəmli qeydi də edək ki,bütün statistikalar analiz edilən ayın son günü,yəni 31 martda götürülüb. Ümidvarıq ki,turoperatorlarımız, sektorun peşəkarları və ümümiyyətlə turizmlə maraqlanan hər kəs yazımızı bəyənəcək.
İlk öncə aşağıdaki şəkilə diqqət yetirməyinizi xahiş edirik:
Göründüyü kimi facebook –da ən çox üzv “turizm.az”-turoperatoruna məxsusdur. Onun analiz edilən andakı (31 mart) üzv sayı 29.218 idi. Sonrakı 2 yeri isə “Mirvari Travel” və “Royal Travel Azerbaijan” tutur.
Talking About göstəricilərinə görə isə ilk yerdə 1128 talking-lə Dodo Travel dayanır. Sonrakı yer isə Mirvari Travel-ə məxsusdur.İlk 3-lüyü isə Turizm.az qapayır.
İndi isə aşağıdakı cədvəldə 7 kriteriya üzrə turoperatorlarımızda etdiyimiz analizləri sizə təqdim edirik:
Yaşıl rəng ilə işarələnənlər “ən yaxşı nəticələr”/Qırmızı rəng ilə işarələnənlər isə“ən zəif nəticələr”-dir.
1.Talking about/like nisbəti – Səhifənin əsas göstəricilərindən biridir. “Talking about” – səhifədə son bir həftədə edilən like-lar və yazılan şərhlərin ümumi göstəricisidir, “Like” isə səhifənin neçə nəfər üzvü olduğunun say göstəricisidir. Bu göstərici ilə səhifənin üzvlər üçün nə dərəcədə maraqlı olduğunu öyrənmək olur. Ümumiyyətlə isə, dünya praktikasında 2 % və daha yuxarı olan əmsal normal göstərici qəbul edilir.
2. Aylıq post sayı – Səhifənin (turoperatorun) facebook-a nə dərəcədə önəm verdiyinin göstəricisidir.
3.Postlara aylıq like sayı – Səhifəyə üzvlərin nə dərəcədə önəm verdiyinin göstəricisidir. Müşahidələrimizə əsasən, daha çox aylıq like sayına sahib olan səhifələr yalnız turlar haqqında paylaşımlar deyil, əlavə olaraq maraqlı turizm paylaşımları edən səhifələrdir. Like-ı az olan səhifələr, əlavə maraqlı turizm paylaşımları (məsələn, dünyanın müxtəlif görməli yerləri, ekzotik turizm məkanlarına turlar) etsələr daha yaxşı olar.
4.Operativlik- Səhifənin müştərilərə (üzvlərə) verdiyi dəyərdir – deyə bilərik bu meyara. Müştəri sualının cavabını nə qədər tez alarsa təbii ki, o qədər çox razı qalar. Bəzi şirkətlərdə bu yöndə olan axsamaları aradan qaldırmaq üçün müəyyən tədbirlər görsələr dijital mediadan daha effektiv istifadə etmiş olarlar.
5.Səhifə tərəfindən dizayn edilmiş vizualların sayı/nisbət – Bildiyimiz kimi, turizm emosiya işidir. Turistə səhifədə turları mətn şəklində deyil vizual effektlərlə vermək daha uyğun olar.
6.Ən çox təklif edilən istiqamət – Bu kriteri isə səhifədə təklif edilən tur istiqamətlərindən ən çox hara üstünlük verildiyini göstərir. Daha çox siz oxucular üçün faydalıdır. Turoperatorun daha çox hansı istiqamət üzrə ixtisaslaşdığını bu kriteridən öyrənə bilərsiniz.
7.Postların dil nisbəti – Səhifənin daha çox hansı dilə üstünlük verdiyini göstərir. Hədəf kütlənizi daraltmamaq üçün ən uyğun seçim Azərbaycan dilində paylaşım etməkdir, fikrimizcə.
Ümumiyyətlə, analizə nəzər saldıqda turoperatorlarımızın nəticələrini qənaətbəxş hesab etmək olar. Təbii ki, bu analizlər heç bir halda realdakı, sıralama nəticələri ola bilməz. Lakin hesab edirik ki, sosial şəbəkələrdən, ən azından facebook-dan istifadə hal-hazırda bütün şirkətlər, həmçinin turoperatorlarımız üçün də vacibdir, bu turoperatorlarımızın peşəkar görünümü üçün son dərəcə önəmlidir. Lakin, çox təəssüf ki, İmprotex, SW Travel, Millenium, Visittour kimi nəhəng turizm şirkətlərimizi bu siyahıda görməmək bizdə əsl şok yaratdı. Ümid edirik ki, yaxın vaxtlarda bu turoperatorlarımız da öz facebook səhifələrinə daha çox diqqət ayıracaq və onluqda rəqabət daha da güclənəcək…