Müəllif: Babək Musa-zadə və Həmid Ağayev
Bildiyiniz kimi, keçən dəfəki ilk (yazımızda) biz turoperatorlarımızın facebook üzrə göstəricilərini mart ayı üçün analiz etmişdik. Aldığımız müsbət feedbacklardan dolayı yazını davam etdirmək qərarına gəldik və bu dəfə aprel ayı üçün analiz/infoqrafika yazımızı sizlərə təqdim edirik. Analizdəki bütün rəqəmlər may ayının 1-də götürülüb.
Ötən 1 ay ərzində turoperatorlarımızın facebook da fəaliyyətinin artdığının şahidi olduq. Bunu aşağıdaki infoqrafikadan da aydın görə bilərik:
İnfoqrafikadan da görüldüyü kimi Turizm.Az yenə də birincidir və onu Mirvari Travel izləyir. 3-cü yerdə isə Royal Travel Azerbaijan qərarlaşıb. Turizm.Az və Mirvari Travel –in ötən aya nisbətən artan istifadəçi sayları da gözqamaşdırıcıdır (uyğun olaraq 2792 və 2580 üzv artımı). Onluğa isə yeni bir turoperatorluq 9-cu pillədən daxil olub ki,bu da Granitas Travel –dir.Ümumi post və like saylarında da ötən aya nisbətən canlanma yaşandığını deyə bilərik.
*Top 10 sıralamasında artıq “talking about” a görə sıralamanı verməyəcəyik, çünki oxucuların fikrini daha çox informasiya ilə yükləyib çaşqınlıq yaratmaq istəmirik .Keçən ay da olduğu kimi cədvəl üzrə olan kriteriyalarımız dəyişmədi lakin,rəqəmlər çox dəyişdi.Dəyişən rəqəmləri isə aşağıdaki cədvəllərdən müşahidə edə bilərsiz:
1.Talking about/like nisbəti – Səhifənin əsas göstəricilərindən biridir. “Talking about” – səhifədə son bir həftədə edilən like-lar və yazılan şərhlərin ümumi göstəricisidir, “Like” isə səhifənin neçə nəfər üzvü olduğunun say göstəricisidir. Bu göstərici ilə səhifənin üzvlər üçün nə dərəcədə maraqlı olduğunu öyrənmək olur. Ümumiyyətlə isə, dünya praktikasında 2 % və daha yuxarı olan əmsal normal göstərici qəbul edilir.
2.Aylıq post sayı – Səhifənin (turoperatorun) facebook-a nə dərəcədə önəm verdiyinin göstəricisidir.
3.Postlara aylıq like sayı – Səhifəyə üzvlərin nə dərəcədə önəm verdiyinin göstəricisidir. Müşahidələrimizə əsasən, daha çox aylıq like sayına sahib olan səhifələr yalnız turlar haqqında paylaşımlar deyil, əlavə olaraq maraqlı turizm paylaşımları edən səhifələrdir. Like-ı az olan səhifələr, əlavə maraqlı turizm paylaşımları (məsələn, dünyanın müxtəlif görməli yerləri, ekzotik turizm məkanlarına turlar) etsələr daha yaxşı olar.Postlara olan total like sayı,həm də səhifənin maraqlılıq göstəricidir.
4.Operativlik – Səhifənin müştərilərə (üzvlərə) verdiyi dəyərdir – deyə bilərik bu kriteriyaya. Müştəri sualının cavabını nə qədər tez alarsa təbii ki, o qədər çox razı qalar. Bəzi şirkətlərdə bu yöndə olan axsamaları aradan qaldırmaq üçün müəyyən tədbirlər görsələr dijital mediadan daha effektiv istifadə etmiş olarlar.
5.Səhifə tərəfindən dizayn edilmiş vizualların sayı/nisbət – Bildiyimiz kimi, turizm emosiya işidir. Turistə səhifədə turları mətn şəklində deyil görsəl effektlərlə vermək daha uyğun olar. Məsələn, aşağıdaki şəkildə bu kriteriyaya cavab verən nümunələrdən birini görə bilərsiniz:
6.Ən çox təklif edilən istiqamət – Bu kriteriya isə səhifədə təklif edilən tur istiqamətlərindən ən çox hara üstünlük verildiyini göstərir. Daha çox siz oxucular üçün faydalıdır. Turoperatorun daha çox hansı istiqamət üzrə ixtisaslaşdığını bu kriteriyadan öyrənə bilərsiniz.
7.Postların dil nisbəti – Səhifənin daha çox hansı dilə üstünlük verdiyini göstərir. Hədəf kütlənizi daraltmamaq üçün ən uyğun seçim Azərbaycan dilində paylaşım etməkdir, fikrimizcə.
Sonda istərdik ki,müşahidələrimizə əsasən bizə görə yalnış olan nüansları bildirək:
-Səhifədə tur haqqında əsas məlumatı qısa tutmaq lazımdır ki,təklifi mənimsəmək istifadəçi üçün rahat olsun yorucu olmasın .Əsas məlumatları verdikdən sonra zatən əgər təklif turisti maraqlandırırsa əlavə sualları commentlərdə verəcək və ya bir şəkildə siznən əlaqə saxlıyacaq.Bunu bu şəkildə daha rahat görə bilərsiz:
Bu cür paylaşımların sonu adətən belə acı sonlarla nəticələnir :)Bəyənmə sayı maksimum az olur.
-Postlarda emosiya vermək lazımdır-keyfiyyətli şəkil, yaxşı copywriting, əlaqə vasitələri hər bir postda ayrı -ayrı mütləq qeyd olunmalıdır,yaxşı olar ki,təkliflər həm Azərbaycan dilində həm də Rus dilində verilə, informasiya yorucu və uzun olmamaq şərti ilə tam verilməlidir.Daha bu təklifdəki kimi yox:
-Təkrar paylaşımlara yol verməmək lazımdır.O qədər oluna biləcək postlar var ki…
-Postlarınızdan nidani əskik edin,çünki,bu istənilən halda antipatik görünür,təbəssümü gülümsəməni isə yox 🙂