Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “NFB Mühendislik və Müşavirlik Anonim Şirkəti” və “Promor” MMC birgə müəssisəsi ilə 1.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “5 ədəd su anbarının (Qaraçay, Qudiyalçay, Qusarçay, Vəlvələçay və Türyançay çaylarında) texniki-iqtisadi əsaslandırmasının hazırlanması” layihəsi çərçivəsində “Türyançay su anbarının texniki-iqtisadi əsaslandırmasının hazırlanması” nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.534.000 manatdır.