Yaz sessiyasında tütün istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunun monitorinqi ilə əlaqədar dinləmə keçirəcəyik.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bunun üçün komitədə İşçi Qrup var: “Bu İşçi Qrupun rəhbəri Məlahət İbrahimqızıdır. Məşğulluqla bağlı keçirəcəyimiz dinləmə üçün də İşçi Qrup yaratmalıyıq. Təklif edirəm bu İşçi Qrupuna Ziyad Səmədzadə rəhbərlik etsin. O həm də demoqrafik göstəricilərlə bağlı məlumatlıdır”.