9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan xam mal ixracını azaldıb, əvəzində hazır məhsul ixracına başlayıb

Azərbaycanın xam mal kimi xaricə ixrac etdiyi tütünün həcmi azalıb. Ötən ilin ilk üç rübü ilə müqayisədə bu il orta damarcığı çıxarılmamış tütünün ixrac həcmi 26%, orta damarcığı çıxarılmışın isə 17% azalmışdır. Lakin, ixracda emal edilmiş məhsulun həcmi ksəkin artıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində 1.96 min ton həcmində cəmi orta damarcığı çıxarılmamış tütün ixrac edilib. Bu tütün məhsulunun ixracına görə Azərbaycana 3.93 mln. dollar həcmində cəmi valyuta daxil olub. Bu kodda ixrac məhsulunun hər kiloqramı üzrə orta qiyməti 2 dollar təşkil edib, öncəki ildə 1.69 dollar təşkil edirdi.

Bununla belə, 1.32 min ton həcmində orta damarı çıxarılmış tütün yarpaqları xaricə ixrac edilib. Bu da ölkəyə 4.21 mln dollar valyuta gəlməsi deməkdir. Bu kodda məhsulun orta qiyməti isə hər kiloqrama 3.17 dollar təşkil edib, əvvəlki il üzrə hər kq-a 3.21 dollar təşkil edirdi.

tütün

Əvəzində isə xaricə 406.19 milyon ədəd tərkibində tütün olan siqaret ixrac edib. Bu siqaretlərə görə isə ölkəyə 2.3 mln dollar həcmində valyuta gəlib. Öncəki ilin eyni dövründə ixrac edilən siqaretlərin həcmi 137.22 milyon ədəd olmaqla 1.39 mln. dollar cəmi valyuta gəlmişdi.

Qeyd edək ki, ölkədə “Tabaterra” QSC-nin zavodunda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında xaricə çıxarılır. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal edə bilmə gücünə sahibdir. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəmə gücündə olması deməkdir.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda 4.72 min ton həcmində tütün yarpağı yıxılıb. Bu tütünün də 3.19  min tonu Şəki rayonunun ərazində yığılıb ki, bu da 68 respublika ümumi yığımda pay sahibi olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər