“Azərbaycan dövləti öz fəaliyyətində medianın azad fəaliyyəti üçün zəruri tədbirlər görüb. Bu gün Azərbaycanda yüzlərlə media subyekti sərbəst şəkildə fəaliyyət göstərir”.
Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.
O bildirib ki, media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil:
“Belə ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb. Göstərilənlər nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın zamanda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub”.