“Twitch”in həmtəsisçisi Emmet Şir baş direktor vəzifəsini tərk edir

“Twitch”in həmtəsisçisi Emmet Şir 16 ildən sonra baş direktor vəzifəsini tərk edir. Məlumata görə, onun yerini Den Klensi tutacaq.

“Mən tez-tez “Twitch” haqqında böyütdüyüm bir uşaq kimi düşünürdüm. Onun mənə ehtiyacı olanda həmişə yanında olmaq istəsəm də, məncə, 16 yaş “Twitch”in evi tərk edib tək başına getməyə hazır olduğu yaşdır”, – deyə Emmet Şir sosial şəbəkədə yazıb.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“Twitch” 2011-ci ildə Emmet Şir və Castin Kan tərəfindən istifadəyə verilib. “Amazon” 2014-cü ildə yayım xidmətini 970 milyon dollara satın alıb.

Son xəbərlər
Digər xəbərlər