6 C
Baku
Saturday, December 3, 2022

“Twitter”ə tvitləri redaktə etmək funksiyası əlavə edilib

“Twitter”ə tvitləri redaktə etmək imkanı əlavə edilib. Qeyd olunur ki, redaktə düyməsi hələki yalnız Avstraliya, Yeni Zelandiya və Kanadada “Twitter Blue” (sosial şəbəkənin pullu versiyası) istifadəçiləri üçün əlçatandır. Onlar tvitləri dərc etdikdən sonra 30 dəqiqə ərzində redaktə edə bilərlər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Redaktə edilmiş tvitlər üzərində kiçik qələm simvolu görünəcək. Bundan əlavə, bütün istifadəçilər yazının əvvəlki versiyalarına da baxa biləcəklər.

Yeni funksiyanı əlavə etmək zərurəti ilə bağlı mübahisələr bir ildən çoxdur davam edir. Onun tərəfdarları arasında sosial şəbəkəni alan milyarder İlon Mask da var.

Lakin redaktə imkanının əleyhdarları da çoxdur. Onların əsas arqumenti odur ki, tvitləri redaktə etmək imkanı dezinformasiya və saxta məlumatların yayılmasına gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər
X