9 C
Baku
Friday, December 13, 2024

“Twitter” bəzi istifadəçilər üçün pul köçürmələri funksiyasını işə salıb

“Twitter” bəzi istifadəçilər üçün pul köçürmələri – “Tip Jar” funksiyasını işə salıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Tərtibatçıların sözlərinə görə, bu funksiyanın köməyi ilə istifadəçilər bəyəndikləri müəllifləri dəstəkləyə biləcəklər.

Bildirildiyi kimi, “Tip Jar” vasitəsilə sosial şəbəkəyə “Bandcamp”, “Cash App”, “Patreon”, “PayPal” və ya “Venmo” hesablarını bağlamaq mümkün olacaq. “Twitter” özü buna görə komissiya tutmayacaq.

Şirkət gələcəkdə “Tip Jar”dan istifadə edə biləcək insanların sayını, o cümlədən dil əhatəsini artırmağı planlaşdırdığını vurğulayıb. Buna baxmayaraq, funksiyada bir qüsur aşkar edilibb: “PayPal”dan istifadə etdikdə, alıcı pul göndərən şəxsin elektron poçt ünvanını görür. Sosial şəbəkə bunun “PayPal”ın xüsusiyyətlərindən biri olduğunu və istifadəçiyə qabaqcadan bu barədə bildiriş göndərəcəyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər