“Twitter” sosial şəbəkəsi “Peşəkar hesablar”ın sınaqlarına başlayıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Belə hesablar şirkətlərə və qeyri-kommersiya təşkilatlarına səhifələrinə biznesləri barədə daha çox məlumat daxil etməyə imkan verir.
Like our new look? Today we’re launching an exciting test of a new profile type called Professional Profiles! pic.twitter.com/fAnzzMN1tL
— Twitter Business (@TwitterBusiness) April 21, 2021
Yenilik haqqında sosial şəbəkə öz səhifəsində məlumat verib. “Twitter” biznes-hesablardan hər bir kəsin istifadə edə biləcəyini vurğulayıb. Güman edilir ki, biznes-hesablarda biznes haqqında ətraflı məlumatlar göstəriləcək. Əvvəlcə sınaqlara bir neçə Amerika şirkəti qatılacaq, lakin yaxın aylarda sınaqların əhatə dairəsi genişləndirilcək.
“Twitter” rəhbərliyi istifadəçiləri “Peşəkar hesablar”da görmək istədikləri funksiyaları adlandırmağa dəvət edib. Sosial şəbəkənin məhsul direktoru Kayvon Beykpur qeyd edir ki, hal-hazırda yenilik inkişafının başlanğıc mərhələsindədir. Çox güman ki, gələcəkdə “Peşəkar hesablar” özündə daha çox funksiya ehtiva edəcək.
“Twitter” mütəmadi olaraq yeni funksiyalar hazırlayır. Məsələn, 2021-ci ilin yanvarında sosial şəbəkə dezinformasiya ilə mübarizə sistemini işə salıb. Fevral ayının sonlarında isə şirkətin ilk ödənişli funksiya yaratmaq planları barədə xəbər yayılıb.
Daha sonra “Twitter” paylaşımların ləğv edilməsi funksiyasını sınaqdan keçirməyə başlayıb. İlkin məlumata görə, “tviti” ləğv etmək üçün istifadəçilərə beş saniyə vaxt veriləcək.