“Twitter” sosial şəbəkəsi Çinin ABŞ-dakı səfirliyinin hesabını bloklayıb.
Banker.az xəbər verir ki, “Bloomberg”in vurğuladığı kimi, bunun səbəbi səfirliyin uyğurlar haqqında təhqiramiz paylaşım etməsi olub.
Qeyd olunur ki, diplomatik nümayəndəliyin paylaşımı yanvarın 7-də yerləşdirilib, bir gün sonra isə sosial şəbəkə onu silib.
“Twitter” sözçüsü, Çinin ABŞ-dakı səfirliyinin hesabının hələ də bloklandığını söyləyib.