Twitterin rəhbərliyi aprel ayına qədər “Clubhouse” sosial şəbəkəsinin analoqu olan “Spaces” səsli rabitə funksiyasını istifadəçilərə təqdim etməyi planlaşdırır.
Bu barədə“Reuters” xəbər verib.
Twitter yeni platformanı təsvir edən video yayımlayıb.
Belə ki, istifadəçilər digərlərinin müzakirələrində iştirak etməklə yanaşı şəxsi otaqlarını da yaradacaqlar. Bundan başqa istifadəçiyə natiqləri seçmək və müzakirədə iştirak edə biləcək insanların əhatəsini məhdudlaşdırmaq imkanları da təqdim ediləcək.
Qeyd edək ki, “Clubhouse” səs əsaslı sosial şəbəkədir. “Clubhouse”da mətn yazıları yoxdur, amma natiqlərin danışdığı xüsusi otaqlar mövcuddur.