29 C
Baku
Thursday, July 25, 2024

Twitter, Facebook, Instagram kimi sosial şəbəkələri xəstəlik hesab edir

Linux Tovalds Linux Journal portalına müsahibə verib. Torvaldsın jurnala verdiyi ilk müsahibədən düz 25 il keçir ona görə də bu bir yubiley müsahibə kimi təqdim olunub. Elə 1994-cü ilədi kimi indi də Linux nüvəsinin yaradıcısı Robert Yanq ilə söhbət elədilər.  Müsahibə zamanı Yanq Linusun keçən il işdən müvəqqəti uzaqlaşması barədə soruşdu. O isə hadisədən sonra diplomatik deyil, daha çox ehtiyyatlı və fikirlərində diqqətli olduğunu dilə gətirdi.

“İnsanlar mənə 1994-cu ilə nisbətən daha ciddi yanaşırlar. Bu keçmişə şikayət deyil,xeyr,əksinə. Bu məni qıcıqlandırır. İnsanlar məni çox ciddi qəbul edirlər və mən özümə hər istədiyimi demək iznini verə bilmirəm.”

Linus, həmçinin sosial şəbəkələrə sözün əsl mənasında nifrət etdiyini dedi. O şəbəkələrin xəstəlik olduğunu, like və share-ların isə zibil olduğunu səsləndirdi. O hesab edir ki, sosial şəbəkələr insanlarda səhv davranışlar yaradır, onlar kontent keyfiyyətini  deyil, emosional reaksiyanı önəmsədirlər. Əksər hallarda bu moral bir normanın pozulmasına qarşı olan narazı ifadələr toplusuna çevrilir. “Azca anonimlik əlavə edin – və hər şey iyrənc olacaq”.

Technote.az

Son xəbərlər
Digər xəbərlər