9 C
Baku
Friday, December 13, 2024

“Twitter” feyk hesabları silməyə başlayıb

“Twitter” sosial şəbəkəsi feyk hesabları silməyə başlayıb.

Bu barədə məlumatı “Twitter”in sahibi, amerikalı milyarder İlon Mask öz sosial şəbəkə hesabında açıqlayıb.

“Hazırda “Twitter” spam yayan və fırıldaqçılara məxsus hesabları silir, bu səbəbdən də izləyicilərinizin sayının azalmasını müşahidə edə bilərsiniz”, – deyə Mask qeyd edib.

Qeyd edək ki, amerikalı sahibkar bir müddət əvvəl “Twitter”də feyk hesabların silinəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İlon Mask oktyabrın 28-i “Twitter”i 44 milyard dollara alıb. Milyarder “Twitter”i aldıqdan dərhal sonra bütün rəhbər şəxsləri istefaya göndərərək şirkətin yeganə baş direktoru olub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər