24 C
Baku
Thursday, September 29, 2022

“Twitter” il ərzində auditoriyasının 26% artdığını açıqlayıb

“Twitter” 2020-ci ilin dördüncü rübü üçün hesabat verib və il ərzində sosial şəbəkə istifadəçilərinin sayının 26% – yəni gündə 192 milyon nəfərədək artdığını açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Ümumilikdə il ərzində platformanın təkmilləşdirilməsi (məsələn, hekayələr dərc etmək və s.), o cümlədən Covid-19 və ABŞ seçkiləri fonunda “Twitter”in gündəlik auditoriyası 40 milyon nəfər artıb.

“Twitter”in rəhbəri Cek Dorsi sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin ABŞ-dan olmadığını qeyd edərək, 50-ə yaxın hesabın 25 milyondan çox abunəçisi olduğunu söyləyib.

“Twitter”in gəliri 28% artaraq 1.29 milyard dollara çatıb. Əməliyyat gəliri 252 milyon dollar, xalis mənfəət isə 222 milyon dollar təşkil edib. Hal-hazırda sosial şəbəkə abunə sisteminin tətbiq edilməsi ideyasını nəzərdən keçirir.

Son xəbərlər
Oxşar xəbərlər