“Twitter Inc.” kütləvi ixtisara başlayır

0

“Twitter” rəhbərliyi kütləvi ixtisara hazırlaşır. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb.

Şirkət öz əməkdaşlarının 8 faizini – 300-ə yaxın işçini ixtisara salmaq niyyətindədir. Bu rəqəm dəyişə də bilər. İxtisarın bu həftə elan olunacağı gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə kütləvi ixtisar sonuncu dəfə 1 il öncə, şirkətin rəhbəri vəzifəsinə onun yaradıcısı Cek Dorsi gəldikdən sonra həyata keçirilib.

Qeyd edək ki, “Twitter” bir neçə şirkətlə satış barədə müzakirələr aparırdı. Bu sırada “Google,” “Disney”, “”SalesForce” kimi şirkətlərin adları çəkilirdi. Lakin onların hamısı şirkəti almaq fikrindən vaz keçib. “Twitter”in bazar dəyəri 14 milyard dollar həcmində qiymətləndirilir.

Lent.az