Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey bildirib ki, sosial şəbəkədi Like düyməsi onun xoşuna gəlmir və nəticədə Twitter-dən bu düymə yaxın zamanda çıxarıla bilər. Banker.az Technote resursuna istinadən bu barədə məlumat verir.
Dorsey-nin bu cür bəyanatı harda və kimə verdiyi açıqlanmayıb. Qeyd etmək lazımdır ki, Twitter-də Like düyməsi ilk dəfə 2015-ci ildə əlavə edilib. Like düyməsi sosial şəbəkədəki Ulduz düyməsini əvəz etmək üçün nəzərdə tutulurdu.
Əvvəllər istifadəçilər Ulduz düyməsinə klik etməklə paylaşımları həmçinin seçilmişlər bölməsinə ata və onları sonra oxuya bilirdilər. Məlumata əsasən Twitter-in Like düyməsindən imtina etməsi psixoloqların tədqiqatları ilə bağlı ola bilər.
Belə ki, pxisoloqların tədqiqatlarına əsasən Like düymələri istifadəçilərdə sosial şəbəkələrdən asılılıq yaradır və beləliklə istifadəçilər öz yaşıdlarından daha çox bəyənmə gözləyirlər. Twitter təmsilçiləri isə qeyd ediblər ki, sosial şəbəkənin daha da təkmilləşdirilməsi həqiqətən də Like düyməsini əhatə edə bilər. Lakin şirkətin bu planları hələki ilkin mərhələdədir.