15 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Twitter” investorları aldatdığına görə $810 mln. ödəyəcək

“Twitter” şirkəti səhmdarlar tərəfindən qaldırılan cinayət iddiasını həll etmək üçün 809.5 milyon dollar ödəyəcəyini açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

2016-cı ildə Doris Şenvik və İT-nəhəngin digər səhmdarları məhkəməyə müraciət edərək şirkətin vədlərini yerinə yetirmədiyinə və sürətli artım təmin etmədiyinə görə təzminat tələb etməyə başladılar.

Şenvikin sözlərinə görə, 2014-cü ildə “Twitter” rəhbərliyi investorlara aktiv istifadəçilərin sayını əvvəlcə 550 milyona, uzunmüddətli perspektivdə isə 1 milyarda çatdıracağını vəd etmişdi. 2016-cı ilin iyul ayının əvvəlində sosial şəbəkənin cəmi 313 milyon aktiv istifadəçisi olmuşdu.

Məhkəmə prosesi beş ildən çox davam edib. “Twitter” nümayəndələri hələ də günahkar olduqlarını etiraf etməyiblər və bu iddianın qanunsuz olduğunu hesab edirlər. Lakin buna baxmayaraq, sosial şəbəkə 2021-ci ilin sonuna qədər təzminatı ödəyəcəyini bildirir.

Xatırladaq ki, “Twitter”in Rusiyada da bir sıra maliyyə problemləri olub. 2021-ci ilin əvvəlindən bəri şirkət ümumilikdə 45 milyon rubl borca girib.

Son xəbərlər
Oxşar xəbərlər