13 C
Baku
Tuesday, October 22, 2024

“Twitter” iş axtarışı xidməti “Laskie”ni alıb

“Twitter” sosial şəbəkəsi “Laskie” iş axtarışı xidmətini satın alıb. Bu, şirkətin İlon Maskın rəhbərliyi altında ilk alışıdır. Müqavilənin sahibkara ödənişlər və iş axtarmaq imkanı daxil olmaqla bir çox funksiyaları olan super proqram yaratmağa kömək edəcəyi güman edilir.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

“Laskie” – 2021-ci ildə istifadəyə verilmiş iş axtarışı xidmətidir. Şirkət San-Fransiskoda yerləşir. “PitchBook”a görə, “Laskie” 2021-ci ildən bəri 6 milyon dollar vəsait toplayıb. “Twitter” ilə müqavilənin məbləği açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər