26 C
Baku
Saturday, July 27, 2024

“Twitter” işçilərinə həmişə uzaqdan işləməyə icazə verdi

“Twitter” işçilərinə koronavirus pandemiyası bitdikdən sonra daim bu formatda işləmələrinə icazə verib. Banker.az xəbər verir ki, bu barədə “CBS News” şirkətin rəhbəri Cek Dorsinin verdiyi açıqlamaya istinadən xəbər verir.

“Son bir neçə ay göstərdi ki, bu rejimdə də işlərimizin öhdəsindən gələ bilirik. Buna görə işçilərimizin evdən işləməyə imkanı varsa və onlar bu rejimdə işləməyə davam etmək istəsələr, buna icazə verəcəyik”, – Dorsi qeyd edir.

O, “Twitter” ofislərinin sentyabr ayından sonra açılacağını söyləyir.

Xatırladaq ki, ötən həftə “Google” və “Facebook” işçilərə 2020-ci ilin sonuna qədər uzaqdan işləməyə icazə veriblər. “Alphabet” şirkətinin (“Google” un ana şirkəti) rəhbəri Sundar Piçai bildirir ki, istəyənlər yayın birinci yarısında ofislərinə qayıda bilərlər. Onun sözlərinə görə, işçilərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüləcək.

“Facebook” ofislərini iyulun 6-da açacağını bildirib. Qeyd edək ki, şirkətlər uzaqdan iş rejiminə mart ayında keçiblər.

Son xəbərlər
Digər xəbərlər