2 C
Baku
Sunday, December 15, 2024

“Twitter” istifadəçi məlumatlarını reklam üçün istifadə etdiyinə görə $150 mln. cərimələnə bilər

Amerikanın “Twitter” şirkəti, istifadəçi məlumatlarını reklam məqsədi ilə istifadə etdiyinə görə 150-250 milyon dollar cərimələnə bilər. Banker.az xəbər verur ki, bu barədə “The Wall Street Journal” məlumat verib.

Qəzetin verdiyi məlumata görə, 2013-cü ildən 2019-cu ilədək sosial şəbəkə reklam məqsədi ilə istifadəçilərin telefon nömrəsi və elektron poçt kimi məlumatlarından istifadə edib.

Xatırladaq ki, daha əvvəl şirkətə münasibətdə hesabların kütləvi şəkildə “hack” edilməsi hallarını aşkarlamaq üçün yoxlama aparılıb. Bildirildiyi kimi, fırıldaqçılar ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın hesabı da daxil olmaqla, minlərlə istifadəçinin fərdi məlumatlarını ələ keçirmişdirlər.

Son xəbərlər
Digər xəbərlər