-1 C
Baku
Saturday, December 14, 2024

“Twitter” keçmiş təhlükəsizlik xidməti rəhbərinə $7 mln. ödəyəcək

“The Wall Street Journal”ın məlumatına görə, “Twitter” keçmiş təhlükəsizlik rəhbəri Peter Zatkoya şirkətdən qovulduğuna görə 7 milyon dollar təzminat ödəməyə razılaşıb. “Twitter”in keçmiş təhlükəsizlik rəhbəri iddia edir ki, o, rəhbərlik tərəfindən guya “zəif performans”a görə işdən çıxarılıb, lakin əslində hadisə onun problemlər barədə direktorlar şurasına məlumat verməyə çalışdıqdan sonra baş verib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“WSJ” qeyd edir ki, cənab Zatkonun iyun ayında “Twitter” ilə razılaşmasının bir hissəsi şirkətdə işlədiyi müddətdə vəziyyətlə bağlı məlumatların açıqlanmaması olub. Bununla belə, hüquqşünaslar qeyd edirlər ki, bu cür müqavilələrdə adətən məlumatın açıqlanmaması ilə bağlı müddəalarda istisnalar olur – xüsusən də məlumat verən şəxs federal hakimiyyət orqanları ilə təmasda olduqda və Konqresdə dinləmələr zamanı şirkətdəki vəziyyət barədə məlumat verə bilər. Cənab Zatko gələn çərşənbə axşamı ABŞ Senatının Ədliyyə Komitəsində ifadə verməlidir.

Son xəbərlər
Digər xəbərlər